Ana Sayfa
Kimim
Ne Yaparım
        Eğitim Takvimim
Makalelerim
Pazarlama Makale Arşivi
Basında Ben
Referanslar
İletişim
Eğitim Takvimi

Detaylı bilgi için tıklayın

 
Ana Sayfa İletişim Site Haritası

Şu anda buradasınız: Makalelerim - Şəxsi Markalaşmanın 7 Yolu

 

Şəxsi Markalaşmanın 7 Yolu

əgər düşünürsünüzsə, böyük düşünün.
Donald Trump

Bütün şirkətlər məhsul və xidmətləri ilə marka yaratmaq və onu uğurlu markaya çevirmək üçün üçün çalışırlar. Onlar bunun üçün şəxslər və şəxslərarası fərqi inkişaf etdirib, şəxsi xüsusiyyətlərini gücləndirirlər.

Şəxsi markalaşma, aktiv olaraq ictimai rəyi formalaşdıran cazibə sənəti kimi qiymətləndirilir. İctimai rəydə haqqınızda formalaşan hər hansı bir fikrə nəzarət etməyiniz mümkündür. Bu yolla siz özünüz haqqında təkrarolunmaz bir marka yarada və bunu tanıda bilərsiniz.

Şəxsi marka yaratmaq üçün məşhur olmağınız vacib deyil. Əsas odur ki, özünəməxsus cəhətləriniz və xarakterinizin əsas elementlərini ortaya çıxara bilin. Beləcə şəxsi marka olmaq mümkündür.

Şəxsi marka yaratmaq, zəhmətli və uzun işdir, ancaq sonunda qazanılan uğurlar bu zəhməti əvəzləyəcək.

Sizi tanıyanların haqqınızdakı fikirlərini rahatlıqla istiqamətləndirə bilərsiniz. Bunun üçün güclü tərəflərinizi, dəyərlərinizi, hədəflərinizi və xarakterinizi açıq şəkildə ortaya qoymalısınız. Əgər bunu mütəmadi və tutarlı formada etsəniz “Şəxsi markanız” yəni “Siz” formalaşacaqsınız.

Şəxsi marka yaratmaqla nələr qazana bilərsiniz?

  • Gəliriniz artar.
  • Başqalarının diqqət mərkəzində olarsınız.
  • Rəqiblərinizdən fərqli olarsınız.
  • Yüksək səviyyədə maraqlı olan şəxslərlə təmas qura bilərsiniz.
  • Yeni iş sahələrində fəaliyyət göstrərməyiniz asanlaşar.
  • İşi və insanları seçmə azadlığına qovuşarsınız.
  • Sizə olan tələbi artıra bilərsiniz.
  • Özünüzə olan inamınız artar.
  • Sizdən istənənlərin qarşılığında yüksək maddi dəyər istəmə haqqınız olar.
  • Şəxsi və professional məqsədlərinizə nail olarsınız.
  • Dəyərlərinizi xarici dünyaya yaya bilərsiniz.
  • Çətinlikləri asanlıqla dəf edə bilərsiniz.

Şəxsi markalaşmanın 7 yolu var:

1. İxtisaslaşma

Mükəmməl şəxsi marka əvəzsiz və yalnız bir sahəyə istiqamətlənməlidir. Həmin sahədə çox məlumatlı, güclü və bacarıqlı olmalısınız. Bacarıq anadangəlmə bir məziyyət sayılsa da, bilik və təcrübə sonradan qazanılır.

2. Liderlik

əgər təcrübə qazandığınız sahədə lider olaraq qəbul olunmağa başlamısınızsa, onda marka olmaq yolunda böyük addım atmısınız. Liderlik meydanı sizə mükəmməllik, mövqe və eyni zamanda məşhurluq gətirəcək.

3.Şəxsilik

Şəxsi marka şəxsin, yəni sizin üzərinizdə qurulur. Mükəmməl olmaq ucun şəxsiyyətinizdən kənara çıxmağa ehtiyac yoxdur. Həmişə olduğunuz kimi görünməyə çalışın.

4. Fərqlilik

Güclü şəxsi marka rəqibləri ilə müqayisədə fərqliliklərlə təqdim olunmalıdır. Özünəməxsus fərqliliklərinizi daha qabarıq şəkildə çatdırmağa çalışın. Ortaya qoyacağınız fərqliliklər markanızın digərləri tərəfindən dərk edilməsi üçün ən önəmli vasitə olacaq.

5.Görünüş

Daim diqqət mərkəzində olduğunuz üçün xarici görünüşünüzün cəlbedici olmasına diqqət yetirməlisiniz. Ancaq bu halda digərlərinin fikrində istədiyiniz yerə çata bilərsiniz. İnsanların diqqətini cəlb etmək üçün daha çox vaxt və pul xərcləməkdən çəkinməyin.

6.Birlik

Yaradacağınız şəxsi marka imici tamamilə xarakteriniz, düşüncələriniz, hərəkətləriniz, geyiminiz və tərzinizlə dəstəklənməlidir.

7.Davamlılıq

Şəxsi markanızınn yaranması uzun sürə bilər. Həddən artıq reklam və hüquq münasibətləri ilə bu vaxtı qısalda bilərsiniz, amma çox az vaxta endirə bilməzsiniz. Şəxsi markanın yaradılması illərlə uzana bilər. Bunu da nəzərə alın.

 

 

 
MAKALELERİM başlığı altında yayınlanan tüm makaleler ZEKİ YÜKSEKBİLGİLİ'ye aittir.
Burada yayınlanan tüm makaleler, sayısal olarak tasdiklenmiştir.
İzinsiz kısmen veya tamamen kopyalanması, yayınlanması, kullanılması kesinlikle yasaktır.
Makalelerin izinsiz kısmen veya tamamen kopyalanması, yayınlanması, suç teşkil eder.
© Copyright 2006, Tüm hakları Zeki Yüksekbilgili'ye aittir. Site ile ilgili istek ve önerileriniz için; webmaster@yuksekbilgili.com