|

Müasir dövrdə
yeni imkanlar açmaq üçün
ən
böyük vasitə
internetdir. Bir iş adamı dünyanın istənilən
nöqtəsindən
internet vasitəsi
ilə
istehsalçı tapa və
öz məhsullarını
nümayiş etdirə
bilər.
İnternet, şirkətin
bir-birindən
mədəni,
qanuni və
sosial baxımdan fərqli
və
dünya səviyyəli
bir çox potensial bazar
əlaqəsini
təmin
edir.
Bu yeni bazar
aşağıdakı 8 amillə
şərtlənir:
1. Mədəni
nümayəndə
İnternet vasitəsilə
marketinq müxtəlif
ölkələrin
mədəni
fərqlərini
də
(dil,rəng
və
s.) nəzərə
almalıdır. Kampaniya məzmunu
o bölgənin
mədəni
xüsusiyyətlərinə
uyğun olaraq hazırlanmalıdır.
Əks
təqdirdə
marketinq ismarıcının hədəfə
çatması qeyri-mümkün olar.
2. Məxfilik
Bir çox istifadəçinin
şəxsi
gizlilik mövzusunda baxışları müxtəlif
ola bilər.
Buna görə
internet vasitəsi
ilə
alış-veriş edərkən
şəxsi
gizlilik mütləq
nəzərə
alınmalıdır.
3. Etimad
Məhsuldar
və
etimadlı ticarət
əlaqəsi
qurmağın qarşısında duran
ən
böyük maneə
partnyorların qarşılıqlı etimad məsələsidir.
Şifrələmə
yazıların inkişafı ilə
etimad problemləri
böyük ölçüdə
həll
olunub.
4. Beynəlxalq
hüquq
İnternetin beynəlxalq
xarakterinə
görə,
istehlakçının ölkəsindəki
qanunlarla digər
ölkənin
qanunları arasında fərq
ola bilər.
Odur ki, internet vasitəsi
ilə
marketinqdə
hədəf
qismində
olan ölkənin
qanunlarını öyrənmək
lazımdır.
Əks
təqdirdə,
internet vasitəsi
ilə
aparılan marketinqin gətirəcəyi
bütün maddi gəlirlər
hüquqa zidd addım kimi görülə
bilər.
5. İntellektual
mülkiyyət
İnternetin gətirdiyi
ən
böyük rahatlıq içindəkilərin
çox rahat kopyalanması və
təkrar
istifadə
oluna bilməsidir.
Çox sadə
yazıların belə
kopyalanması qanunla qadağandır. Bu gün bir çox ölkə,
birlikdə
intelektual mülkiyyətin
qoruna bilməsi
üçün umumi qanunlar çıxartmağa çalışırlar.
6.
Telekommunikasiya
İnkişaf etmiş
ölkələrdə
telekommunikasiya ilə
bağlı çox sağlam bir bünövrə
olmasına baxmayaraq, inkişaf etməkdə
olan ölkələrdə
kommunikasiya imkanları məhdud
və
çox bahalıdır. Marketinq kampaniyası hazırlanarkən
bu cür
əksikliklərin
nəzərə
alınması vacibdir.
7. Şəxsi
kompüter tapma imkanı
Eyni şəkildə
inkişaf etməkdə
olan və
az inkişaf etmiş ölkələrdə
şəxsi
kompüter tapma imkanı və
internet istifadəsi
çox baha qiymətlərlə
başa gələ
bilər.
Belə
hallarda internet ilə
sadəcə,
ticari, sənaye
və
elmi potensiallı istifadəçilərlə
əlaqə
saxlamaq olar. Belə
ölkələrdə
internet kanalı ilə
ticarətlə
məşğul
olan firmalar məzmun,
qiymət
və
məhsullarını
məhdud
istifadəçi
profilinə
görə
sıralamalıdır.
8. Kredit
kartından istifadə
Bir çox ölkələrdə
kredit kartından istifadə
geniş yayılsa da məşhurluq
baxımından daha çox yayılmış ödəmə
üsulunun olduğunu demək
olmaz. İnternet vasitəsi
ilə
marketinq edən
şirkət
hədəf
seçilmiş ölkədəki
kredit kartının istifadə
qaydalarını araşdırmalı və
lazım olduğunda başqa ödəmə
üsullarını tapmalıdır.
İnternet bütün
şirkətlərə,
xüsusilə
KOS-lara yeni bazar və
ucuz marketinq imkanları təklif
etməkdədir.
Lakin bu kanalı istifadə
edərkən,
kanalın irəli
sürdüyü lazımi xəbərdarlıqları
güdməyən
müəssisələrin
və
marketinq departamentlərinin
müvəffəq
olma şansı yoxdur.
|
MAKALELERİM başlığı altında yayınlanan tüm makaleler ZEKİ
YÜKSEKBİLGİLİ'ye aittir.
Burada yayınlanan tüm makaleler, sayısal olarak
tasdiklenmiştir.
İzinsiz kısmen veya tamamen
kopyalanması, yayınlanması, kullanılması kesinlikle
yasaktır.
Makalelerin izinsiz
kısmen veya tamamen kopyalanması, yayınlanması, suç teşkil
eder.
|
|