|
M-ticarət,
yəni Mobil Ticarət-mobil telefonlarla aparılan satışlara verilən
addır. Mobil telefonlar vasitəsilə aldığımız melodiyalar, ekran
qoruyucuları, şəkillər, zəng səsləri, oyunlar...və s-dir.
M-ticarətin məqsədi istifadəçilərin sadəcə
kompüterlərdən deyil, mobil telefonu vasitəsilə də hər hansı
yerdən məhsul haqqında informasiya əldə edib, sifariş verə
biləcək, pul ödəmələrini həyata keçirəcək, qısası alış-verişlərini
reallaşdıra biləcəkləri bir mühit yaratmaqdır. Yəni, M-ticarət
şirkətlərin müştərilərinə istədikləri anda istədikləri yerdən
alış-veriş etmə imkanını yaradır. Şirkətlər üçün isə, M-ticarət
müştəri qazanmaq üçün yeni vasitədir.
M-ticarətin üstünlüyünü göstərən cəhət,
istifadə etdiyi platforma, yəni mobil telefonlarıdır. Davamlı
üzərində durduğumuz E-ticarət üçün bir PC-yə və internet
bağlantısına mütləq ehtiyac duyulur, bundan fərqli olaraq M-ticarət
hər kəsdə mövcud olan bir platformadan, mobil telefonlarından
istifadə edir. Hazırda demək olar ki, hər kəsin bir mobil
telefonu var; ABŞ-da adambaşına 1/2, İngiltərədə 1/5, Türkiyədə
1/5, AzƏrbaycanda isƏ 1/3 mobil telefonu düşür. 2005-ci ildə
dünyada 1.52 milyard insan mobil telefonu əldə edib, bir
istifadəçi ayda təxminən 36 mesaj göndərib. Adı keçən ticarət də
məhz burada reallaşır. Əslində M-ticarət klassik formasından
fərqli olaraq (melodiyalar, ekran qoruyucuları, şəkillər, zil
səsləri, oyunlar...) ölkəmizdə çoxdan istifadəyə başlanıb.
Məhşur TV proqramları gəlirlərinin bir qismini SMS-lə təmin edir.
(Yeni ulduz, Azəristar, Qəfəs və s.). GSM operatorları SMS
məlumatlandırma xidmətlərini dövriyyəyə buraxdı və ayrıca
köşklərdən SMS-lə içki ala bilmə imkanları da reallaşdı. Artıq
daha da fərqli formalar üçün zəmin yaranıb. M-ticarət Avropada
2002-ci ildə 320 milyon dollarlıq satış həcminə qalxıb. Bu
məsələdə hazırlıqlarını getdikcə sürətləndirən Avropa ölkələri,
2003-cü ildə 23 milyard dollarlıq dəyər qazanıb. Ovum
analitikləri 2007-ci ildə bütün dünyada 500 milyon M-ticarət
istifadəçisi olacağını və bu kütlənin dəyər zəncirindəki
“oyunçu”lara 200 milyard dollar dəyərində mükafat hədiyyə
edəcəyini bildirirlər. Arthur D. Little güman edir ki, 2010-cu
ildə mobil operatorları gəlirlərinin 60%-ini məlumat
ötürülməsindən əldə edəcək. M-ticarəti fərqləndirən cəhət sadəcə
əhatəliliyi deyil, internetlə müqayisədə daha etibarlı
olmasıdır.
M-ticarət satışlarında ödənişlər sabit
xəttlərdə telefon fakturasında qeyd olunur və ya ön-ödənişli
kartlarda mövcud kontur miqdarından çıxarılır. İnsanın özü və ya
ödəniş kanalı (kredit kartı) haqqında heç bir məlumat verməsinə
ehtiyac qalmır, kommunikasiya prosesində bu informasiyaların
qorunması problemi də təbii olaraq ortadan qalxmış olur.
M-ticarət, eyni zamanda reklamlar üçün də çox
gözəl imkan yaradır. Tək bir istifadəçi tərəfindən istifadə
olunan hesabın özəllikləri müəyyən olunduğundan, təşkil olunan
reklam kampaniyalarında, nöqtə vuruşları m-reklamlar ilə həyata
keçirilir. Yaxın gələcəkdə reklamların, m-ticarətin 23%-ni
təşkil edəcəyi gözlənilir, bu da M-ticarətin yeni dünyanın
marketinq münasibətlərini üstələyəcəyi fikrinə söykənir.
Artıq çox yaxın gələcəkdə musiqi qrupları CD
yazmaları üçün prodüsserlərlə müqavilə bağlamaqdansa yeni
musiqilərini MP3 formatında ödəniş yolu ilə telefon
istifadəçilərinə çatdırmaq üçün M-ticarət firmaları ilə
çalışacaqlar, hətta yazıçılar yeni əsərlərini kitab şəklində
deyil, mobil telefonlarında oxunulması mümkün olan e-kitablar
formasında yayacaqlar.
Gələcək daha “mobil” olacaq...
|
MAKALELERİM başlığı altında yayınlanan tüm makaleler ZEKİ
YÜKSEKBİLGİLİ'ye aittir.
Burada yayınlanan tüm makaleler, sayısal olarak
tasdiklenmiştir.
İzinsiz kısmen veya tamamen
kopyalanması, yayınlanması, kullanılması kesinlikle
yasaktır.
Makalelerin izinsiz
kısmen veya tamamen kopyalanması, yayınlanması, suç teşkil
eder.
|
|