|
Marketinqlə
bağlı tövsiyyələrlə dolu minlərlə kitab var. Buna baxmayaraq,
“hələ də marketinqin əsaslarını bilmirik” deyənlər çoxdur. Elə
bu səbəbdən də, kobud marketinq səhvlərinə yol veririk. Aktiv
marketinq fəndlərinin toplandığı bir məqalədə marketinqin əsasları
haqqında ətraflı məlumat vermək imkanı məhduddur. Ancaq, əsas
marketinq səhvlərindən xilas olmaq üçün, effektiv nəticə ala
biləcəyimiz strategiyaları ən bəsit halda aşağıda ifadə etməyə
çalışdım:
1-Sadəcə fayda
satmayın: Məhsul və ya xidmətinizi aldıqları vaxt müştərilərinizin
nə qazanacaqlarını ifadə edən, ehtiyaclarını qarşılayacağını vəd
edən mesajlardan çəkinin. Müştərilər, qazanmaqdan çox itirməkdən
ehtiyat edərlər. Buna görə də, təqdim etdiyiniz məhsul
alınmazsa, müştərilərinizin nələr itirə biləcəyini ifadə edən
mesajlardan, satış kampaniyanızda daha sıx istifadə edin. Əgər
kifayət qədər doğru səbəblərlə, təqdim etdiyiniz məhsul və xidmətləri
almaqdan imtina etsələr, onda müştərilərin nələr itirə biləcəklərini
izah edin, onda daha çox alacaqlar.
2-Satışın son mərhələsində
xoş sürprizlərdən istifadə edin: Heç kim xoşagəlməz sürprizləri
sevmir, xüsusilə satışın son mərhələsində ortaya çıxan xoşagəlməz
sürprizlər, sadəcə o satışı deyil, potensial müştərilərinizin
sizinlə davamlı alış-verişlərini də yox edə bilər. Xoş sürprizlər
isə tam əksinə, müştərinin həm satın alma qərarını daha tez verməsinə
imkan yarada bilər, həm də sizi həmişə xatırlamasına kömək edər.
Müştərilərinizə, xüsusilə də dəyərli olanlarına, xoş sürprizlər
edin. Məsələn, heç söz vermədiyiniz halda, məhsul ya da xidmətlərinizdən
pulsuz istifadəyə imkan yaradın və ya ona fayda verə biləcək digər
məhsul və ya xidməti ucuz qiymətə təmin edin. Ancaq xüsusilə
diqqət edin ki, sürprizləriniz sürpriz olaraq qalsın və qaydaya
çevrilməsin. Əks halda, satış promosiyası büdcənizdə böyük kəsir
yarada bilər.
3-Alışı
asanlaşdırın: Alqı-satqı əsnasında atılan lüzumsuz hər addım
nəticəsində, müştəriniz məhsulunuzu alma qərarından imtina edə
bilər. Elə buna görə də, alış proseduranızı mümkün qədər bəsitləşdirin
və sadələşdirin. Bütün lazımsız addımları proseduranızdan
çıxarın. Məsələn, alqı-satqı üçün mütləq bir sifariş anketinə
ehtiyac hiss edirsinizsə, bunu müştəridən istəməyin. Özünüz
hazırlayın və doldurulmuş anketi sadəcə təsdiqləməsi üçün müştərinizə
yollayın.
4-Qiymətlərinizi
endirmədən təkliflərinizi təkmilləşdirin: Qiymət endirimləri
müştərini razı salmaqda ən geniş yayılmış üsul olsa da, bununla
dibsiz bir quyuya girdiyinizi əsla unutmayın. Bu gün firmalar,
büdcələrinin təxminən 70%-ni satış endirimlərinə xərcləyirlər.
Qiymətlərinizi endirmək yerinə, təkliflərinizi fərqləndirməyi
sınaqdan çıxarın. Təklifinizi, digərlərininkindən fərqləndirin.
Çalışın ki, bu fərqlilik müştəri üçün önəmli olsun. Sizə əlavə
kiçik maliyyə yükü gətirən bəzi təkmilləşdirmələr, müştəri üçün
çox vacib rol oynaya bilər.
5-Reklamlarınızı
aktuallaşdırın: Əgər reklamlarınızda sistemli dəyişikliklər
aparmasanız, paralel olaraq satışlarınız zəifləyəcək. Təbii ki,
işə yarayan reklamlarınızdan imtina etməyin, sadəcə bunları
təkmilləşdirin. Eyni mesajı, eyni məkanda, eyni formada verməkdə
israr etsəniz, qısa müddətdən sonra görünməz hala gələcəksiniz.
Bu səbəbdən, yeni reklam vasitələri, yeni məkanlar axtarın. Ən
önəmlisi, bunları davamlı olaraq test edin. Bu 5 vacib fəndi
marketinq strategiyanıza uyğunlaşdırın. Qısa zamanda
satışlarınızın artdığını görəcəksiniz.
|
MAKALELERİM başlığı altında yayınlanan tüm makaleler ZEKİ
YÜKSEKBİLGİLİ'ye aittir. İzinsiz kısmen veya tamamen
kopyalanması, yayınlanması, kullanılması kesinlikle
yasaktır. |
|