Ana Sayfa
Kimim
Ne Yaparım
        Eğitim Takvimim
Makalelerim
Pazarlama Makale Arşivi
Basında Ben
Referanslar
İletişim
Eğitim Takvimi

Detaylı bilgi için tıklayın

 
Ana Sayfa İletişim Site Haritası

Şu anda buradasınız: Makalelerim - Marketinq Möcüzə Deyil

Marketinq Möcüzə Deyil

Marketinq ilə bağlı verdiyim treninqlərdə, iştirakçıların, marketinq mövzusundakı fikirlərini dinləmə fürsətim olur. Bu mövzuda təhsil alanların arzuları o qədər çoxdur ki, bu arzulara cavab verməsi üçün gərək marketinq “möcüzə” ola.
 

Halbuki, marketinq möcüzə deyil.
 

Marketinq, doğru tətbiq olunsa, şirkətinizə nizam-intizam, qazanc və məmnuniyyət gətirəcək. Ancaq təkcə doğru marketinq ilə her şeyi həll etmək mümkün deyil.
Buna görə də, marketinqin nə olmadığının və nələrə gücünün çatmadığının siyahısını hazırladım;
 
Marketinq, acı təcrübəni unutdura bilməz:
Ən böyük arzu bu olsa da, təəssüf ki, marketinq acı təcrübəni unutdura bilməz.
Müştərinizə yaşatdığınız acı təcrübə nəticəsində, sadəcə bir müştərinizi itirməzsiniz, bu müştəriniz təcrübələrini digərlərinə də danışacağı üçün, potensial olan çoxsaylı müştərilərinizi də itirəcəksiniz.
Marketinq sayəsində potensial müştəriləriniz qapınıza qədər gələr, amma marketinq onların təcrübələrini unudub sizə daha bir şans vermələrini təmin etməz. Daha çox marketinq kampaniyalarına başlamazdan əvvəl, mövcud müştərilərinizin xidmətlərinizdən razı qalıb-qalmamasından əmin olun. İstəmədən, daha çox narazı müştəri yaratmayın.
Unutmayın, məhsul və xidmətlərinizdən razı qalmayan bir müştəri, bunu daha 11 nəfərə söyləyə bilər.
 
Marketinq bir gecədə sizi var-dövlətli etməz:
Şirkətinizdə marketinqlə bağlı bir fəaliyyətə başlamaq satışlarınızı bir anda artırmaz. Marketinq sizin firmanızın adını, yaxud məhsulunuzun markasını hədəf bazarınızda yuxarı pilləyə çıxarmağınıza kömək edər. Ancaq bundan sonra potensial müştəriləriniz məhsul və xidmətlərinizi yoxlamağa qərar verə bilərlər.
Effektli bir marketinq kampaniyası daha çox əmək, vaxt və pul tələb edir. Əgər vaxt və pul sarıdan təşvişdəsinizsə, marketinq sizi daha çox təşvişə salacaq.
 
Marketinq, bir şeyi bir dəfə edib daha sonra unutmaq deyil:
Ən yaxşı marketoloqlar yoxlayırlar, bir daha yoxlayırlar və sonra bir daha yoxlayırlar. Misal üçün, deyək ki, saytınızın dizaynı istifadəçilər üçün uyğun deyil. Əla peşəkar bir dizayner ilə razılaşıb yenidən saytınızı dizayn etdirə bilərsiniz. Müştəri ilə ünsiyyət səviyyənizi hansı elementlərin artırdığını tapmaq üçün testlər aparmağa davam etməlisiniz. Fərqli kampaniyaları, fərqli məhsulları, fərqli xidmətləri davamlı testdən keçirməlisiniz.
 
Marketinq necə ki, acı təcrübəni unutdura bilməz:
Eləcə də nəğd dövriyyəsini və ya işçi problemlərini həll edə bilməz. Bəzən şirkətlər gündəlik problemlərilə məşğul olduqları üçün qocaman meşənin içində təkcə bir ağacı görə bilirlər. Misal üçün, nəğd pul sarıdan korluq çəkən firmalar daha çox satışla bu problemi həll edəcəklərini düşünürlər. Ancaq əgər problem, fakturaların mühasibatlıqdan gec çıxması və ya gec ödənməsidirsə, yeni müştərilərin gəlməsi, nəğd probleminin daha da artmasına səbəb olacaq. Daha çox müştərini cəlb edəcək marketinq kampaniyaları yerinə mühasibatlıqdakı problemləri həll etmək şirkətin nəğd problemini yaxşılaşdıra bilər. Eyni şəkildə, əgər işçilərlə bağlı problemlər şirkətə təsir edirsə, marketinq fəaliyyətləri bu problemin daha da böyüməsinə gətirib çıxaracaq.
 
Marketinq, müştərilərinizə, almaq istəmədikləri, yaxud almağa imkan tapmadıqları məhsul və xidmətləri aldırmaz:
Məhsul və ya xidmətiniz nə qədər mükəmməl olsa belə, əgər ehtiyacı olmayanlara və ya satınalma imkanından məhrum olanlara satmağa çalışırsınızsa, marketinq kampaniyanız dahi olsa belə, uğursuzluğa məhkumdur. Marketinq sizinlə, ya da şirkətinizlə əlaqədar bir şey deyil. Marketinq, müştəriniz və müştərinizin istəkləriylə bağlıdır. Əgər müştərinizin istədiyi şey sizdə yoxdursa, bunu müştərinizə məhsuldar və əlverişli qiymətlə satmaq üçün hazırlıqlara başlayın. Marketinq sahəsində iş görməyə başlamazdan əvvəl bunları düşünün. Əvvəlcə işinizdə “həqiqətən” nələrin olduğunu başa düşməyə çalışın.
 
Probleminiz marketinqdir yoxsa:
- Satışlarmı?
- Müştəri hesablarımı?
- Müştəriyə lazımi səviyyədə göstərə bilmədiyiniz xidmətlərinizmi?
- Proseslərinizdə müştəri məmnuniyyətini azaldan səhvlərmi?
- Səhvən istiqamətləndiyiniz bazarınızmı?
- Yüksək maya dəyərimi?
- Məhsul və ya xidmətinizin bazara uyğunluğumu?
- Şirkətinizin ümumi idarə formasımı?
 
Bu siyahını, şirkətlə bağlı çoxlu səhvlə artırmaq da mümkündür. Marketinq sahəsində konsaltinq xidməti alan firmaların əksəriyyətində, problemin marketinq ilə bağlı deyil, şirkətin idarəetmə formasıyla əlaqədar olduğu ortaya çıxır. Əgər probleminizin adını doğru qoymasanız, marketinqlə bağlı atacağınız addımlarla, problemi həll etmək əvəzinə daha da böyüdəcəksiniz.
 
Unutmayın, marketinq möcüzə deyil…
 
MAKALELERİM başlığı altında yayınlanan tüm makaleler ZEKİ YÜKSEKBİLGİLİ'ye aittir.
Burada yayınlanan tüm makaleler, sayısal olarak tasdiklenmiştir.
İzinsiz kısmen veya tamamen kopyalanması, yayınlanması, kullanılması kesinlikle yasaktır.
Makalelerin izinsiz kısmen veya tamamen kopyalanması, yayınlanması, suç teşkil eder.
© Copyright 2006, Tüm hakları Zeki Yüksekbilgili'ye aittir. Site ile ilgili istek ve önerileriniz için; webmaster@yuksekbilgili.com