|
Təxminən
10 il əvvələ qədər firmaların əksəriyyətinin satışlarının 90
faizindən çoxu lokal satışlardan ibarət idi. Ardınca, dünya
kiçik bir kəndə oxşadı, bütün firmalar dünyanın daxil olduğu
qlobal bazara addım atdılar. Təbii ki, bu nəhəng, qlobal bazar
çoxlu müştəri demək idi. Hətta, “e-ticarət” kimi terminlər də bu
bazarın içində özünə yer tapdı. Hamılıqla belə şeylərə laqeyd
qala bilmədik, oturub öz saytlarımızı hazırladıq. Artıq bütün
müştərilər, bu nəhəng bazarın hər yerindən, firmamızı tanıya,
bizə sifarişlər göndərə bilərdi. Ancaq yenə olmadı. Bu səfər də
həmin qlobal bazara uyğun qlobal saytlar ortaya çıxdı. Axı niyə
qlobal saytlara ehtiyac duyaq ki?
Araşdırmalar göstərir
ki, internet istifadəçiləri, öz ana dillərindəki saytlara
üstünlük verirlər.
Baxın, lokal dillərdəki saytlarla nələr qazanmaq mümkündür?
Lokal dildəki bir sayt satış vasitələri arasında ən ucuz və
ən effektli yoldur. Ticarət insanlarla, e-ticarət isə məzmunla
satar. Məzmunu düzgün hazırlanmış, bilgi verən bir sayt
satış vasitələrinin əksəriyyətindən effektlidir. Üstəlik nə
yatar, nə də istirahətə çıxar. Qlobal bazardakı hamıya 7 gün
24 saat, fasiləsiz, öz dillərində sizdən danışar.
Lokal sayt satış işçilərinin maliyyə xərclərini də azaldacaq.
Çox geniş və fərqli bazarlarda bizneslə məşğul olursunuzsa,
deməli çox fərqli dillərlə də məşğul olmalısınız. Bu o deməkdir
ki, məhsul və xidmətinizi satmaq istədiyiniz hər şəxs üçün,
o dili bilən bir satıcını işə götürməlisiniz. Üstəlik, müştərilərin
çoxu təkcə axtardıqları məhsul və xidmətin sizdə olub-olmadığını
öyrənmək üçün sizə müraciət edəcəklər. Halbuki, lokal dillərdə
hazırlanmış sayt sizi bu şəxslərin hər biri ilə əlaqə qurmaq
üçün ayrı bir satıcını işəgötürmə əziyyətindən də xilas edəcək.
Lokal sayt sizə lokal həyat imkanı bəxş edəcək. İnternet
axtarış motorlarının əksəriyyəti lokal dil məzmunlu saytlara
üstünlük verirlər. “Google.co.jp” saytında axtarış aparan
yaponiyalı potensial müştərinizin yaponca olmayan
saytınızdan sizi tapma ehtimalı sıfırdır. İngiliscə axtarış
keçirsə ən yaxşı ehtimalla, ilk yüz min saytın arasında
görünə bilərsiniz. Halbuki, saytınızı yaponca da
hazırlatdırsanız, yapon axtarış motorları sizi ilk sıralarda
göstərə bilər. Lokal “marka ayırdetmə hissi” yaratmaq üçün
bundan ucuz metod daha nə ola bilər ki?!
Qlobal məzmunlu sayt yeni iş imkanlarının yaranmasında da
bir açardır. Bunu başa düşənlər və istifadə edənlər inkişaf
edəcək, digərləri isə yoxluğa sürüklənəcəklər.
|
MAKALELERİM başlığı altında yayınlanan tüm makaleler ZEKİ
YÜKSEKBİLGİLİ'ye aittir. İzinsiz kısmen veya tamamen
kopyalanması, yayınlanması, kullanılması kesinlikle
yasaktır. |
|