Ana Sayfa
Kimim
Ne Yaparım
        Eğitim Takvimim
Makalelerim
Pazarlama Makale Arşivi
Basında Ben
Referanslar
İletişim
Eğitim Takvimi

Detaylı bilgi için tıklayın

 
Ana Sayfa İletişim Site Haritası

Şu anda buradasınız: Makalelerim - İnternetdə Bəsit Amma Effektli Strategiya: Açar Sözlər

İnternetdə Bəsit Amma Effektli Strategiya: Açar Sözlər

İnternetdə kiçik bir axtarış apardım. Azərbaycan şirkətlərinin web-saytları ilə tanış olmaq və onların internet imkanlarından necə istifadə etdiklərini incələyə bilmək üçün. Vəziyyət heç də ürəkaçan deyildi. “Google”, verdiyim axtarış tapşırıqlarıma əməl etsə də, ekranıma gətirdiyi nəticələr məni qane etmirdi. İnternet istifadəçilərinin sayı 2005-ci ildə bir milyard nəfərə çatdı. Artıq, firmalar, internetdən yer qopardaraq bir milyard potensial müştəriyə səslənə bilərlər. İnternet, şirkətlər üçün digər medialar içərisində, yayım və məzmun baxımından ən zəngin və ən ucuz olanıdır. Bəs, bu saytların potensial müştərini çəkmə ehtimalları nədir? Cavab, təəssüf ki, sıfıra yaxındır. Çünki, minlərlə şirkət, oxşar məzmunlarla internetdə olacaqlar. İstifadəçilər ya da potensial müştərilər, firmaları, ya da məhsul və xidmətləri tapmaq üçün axtarışlar aparacaq və əldə etdikləri nəticələr içərisində ilk iyirmisini, əgər səbrlidirlərsə, ilk əllisini ziyarət edəcəklər. Elə isə, eyni məhsul ya da xidmət qrupunda axtarış keçirilsə ilk yüzdən sonrakı firmaların web-saytlarının heç şansı qalmayacaq. Onda bu axtarış motorlarında siyahının əvvəlində yer ala bilmək üçün nə etməli? Cavab, “açar söz (keyword)”. Demək olar ki, bütün axtarış motorları, robotlar vasitəsi ilə gün ərzində yüzminlərlə saytı gəzməkdədir. Bu gəzintilər əsnasında, saytda yer alan kodlardan əlaqədar açar sözləri qeyd etməkdə və saytı bu açar sözlərə görə sıralamaqdadır. Bundan əlavə, sayt axtarış motorlarına qeyd olunarkən, həmin motorlar saytı hansı sözlərlə qeydiyyatdan keçirmək istədiyinizi soruşmaqdadır. Hər iki mərhələdə də, əgər açar sözlər “nadir” qeyd olunubsa, firmanın web-saytı, axtarış vaxtı siyahının əvvəlində göstəriləcəkdir. Sadə bir nümunə vermək istəyirəm: Ən çox istifadə olunan axtarış motoru “Google”da “marketing” sözü axtarılanda 1.780.000.000 nəticə çıxır. Eyni axtarış “direct marketing” olaraq aparılanda isə çıxan nəticələrin sayı 1.010 və çıxan ilk nəticə “Direct Marketing” birliyinin internet səhifəsi. Firmaların web-saytları üçün ən sərfəli strategiya da bununla eynidir. Nadir açar sözlər tapmaq, bu açar sözləri həm saytın koduna əlavə etmək, həm də saytın axtarış motorlarında qeydiyyatı əsnasında istifadə etmək. Buna görə də bütün firmalar hər şeydən əvvəl məhsul və xidmətlərini ifadə edən “nadir” açar sözləri tapmalıdırlar. Əks halda, nə məzmunu çox zəngin web-saytı, nə möhtəşəm məhsul və xidmətlər, nə də minlərlə dollar xərclənib yüzlərlə axtarış motorlarında qeydiyyatdan keçirilmiş web-saytı potensial müştərilərinə çatmayacaq.

MAKALELERİM başlığı altında yayınlanan tüm makaleler ZEKİ YÜKSEKBİLGİLİ'ye aittir.
Burada yayınlanan tüm makaleler, sayısal olarak tasdiklenmiştir.
İzinsiz kısmen veya tamamen kopyalanması, yayınlanması, kullanılması kesinlikle yasaktır.
Makalelerin izinsiz kısmen veya tamamen kopyalanması, yayınlanması, suç teşkil eder.
© Copyright 2006, Tüm hakları Zeki Yüksekbilgili'ye aittir. Site ile ilgili istek ve önerileriniz için; webmaster@yuksekbilgili.com