Ana Sayfa
Kimim
Ne Yaparım
        Eğitim Takvimim
Makalelerim
Pazarlama Makale Arşivi
Basında Ben
Referanslar
İletişim
Eğitim Takvimi

Detaylı bilgi için tıklayın

 
Ana Sayfa İletişim Site Haritası

Şu anda buradasınız: Basında Ben - Nədir Bu M-ticarət?

Nədir Bu M-ticarət?
Marketinq Dergisi, Kasım 2006 Sayısı

M-ticarət, yəni Mobil Ticarət-mobil telefonlarla aparılan satışlara verilən addır. Mobil telefonlar vasitəsilə aldığımız melodiyalar, ekran qoruyucuları, şəkillər, zəng səsləri, oyunlar...və s-dir.

M-ticarətin məqsədi istifadəçilərin sadəcə kompüterlərdən deyil, mobil telefonu vasitəsilə də hər hansı yerdən məhsul haqqında informasiya əldə edib, sifariş verə biləcək, pul ödəmələrini həyata keçirəcək, qısası alış-verişlərini reallaşdıra biləcəkləri bir mühit yaratmaqdır. Yəni, M-ticarət şirkətlərin müştərilərinə istədikləri anda istədikləri yerdən alış-veriş etmə imkanını yaradır. Şirkətlər üçün isə, M-ticarət müştəri qazanmaq üçün yeni vasitədir.

M-ticarətin üstünlüyünü göstərən cəhət, istifadə etdiyi platforma, yəni mobil telefonlarıdır. Davamlı üzərində durduğumuz E-ticarət üçün bir PC-yə və internet bağlantısına mütləq ehtiyac duyulur, bundan fərqli olaraq M-ticarət hər kəsdə mövcud olan bir platformadan, mobil telefonlarından istifadə edir. Hazırda demək olar ki, hər kəsin bir mobil telefonu var; ABŞ-da adambaşına 1/2, İngiltərədə 1/5, Türkiyədə 1/5, AzƏrbaycanda isƏ 1/3 mobil telefonu düşür. 2005-ci ildə dünyada 1.52 milyard insan mobil telefonu əldə edib, bir istifadəçi ayda təxminən 36 mesaj göndərib. Adı keçən ticarət də məhz burada reallaşır. Əslində M-ticarət klassik formasından fərqli olaraq (melodiyalar, ekran qoruyucuları, şəkillər, zil səsləri, oyunlar...) ölkəmizdə çoxdan istifadəyə başlanıb. Məhşur TV proqramları gəlirlərinin bir qismini SMS-lə təmin edir. (Yeni ulduz, Azəristar, Qəfəs və s.). GSM operatorları SMS məlumatlandırma xidmətlərini dövriyyəyə buraxdı və ayrıca köşklərdən SMS-lə içki ala bilmə imkanları da reallaşdı. Artıq daha da fərqli formalar üçün zəmin yaranıb. M-ticarət Avropada 2002-ci ildə 320 milyon dollarlıq satış həcminə qalxıb. Bu məsələdə hazırlıqlarını getdikcə sürətləndirən Avropa ölkələri, 2003-cü ildə 23 milyard dollarlıq dəyər qazanıb. Ovum analitikləri 2007-ci ildə bütün dünyada 500 milyon M-ticarət istifadəçisi olacağını və bu kütlənin dəyər zəncirindəki “oyunçu”lara 200 milyard dollar dəyərində mükafat hədiyyə edəcəyini bildirirlər. Arthur D. Little güman edir ki, 2010-cu ildə mobil operatorları gəlirlərinin 60%-ini məlumat ötürülməsindən əldə edəcək. M-ticarəti fərqləndirən cəhət sadəcə əhatəliliyi deyil, internetlə müqayisədə daha etibarlı olmasıdır.

M-ticarət satışlarında ödənişlər sabit xəttlərdə telefon fakturasında qeyd olunur və ya ön-ödənişli kartlarda mövcud kontur miqdarından çıxarılır. İnsanın özü və ya ödəniş kanalı (kredit kartı) haqqında heç bir məlumat verməsinə ehtiyac qalmır, kommunikasiya prosesində bu informasiyaların qorunması problemi də təbii olaraq ortadan qalxmış olur.

M-ticarət, eyni zamanda reklamlar üçün də çox gözəl imkan yaradır. Tək bir istifadəçi tərəfindən istifadə olunan hesabın özəllikləri müəyyən olunduğundan, təşkil olunan reklam kampaniyalarında, nöqtə vuruşları m-reklamlar ilə həyata keçirilir. Yaxın gələcəkdə reklamların, m-ticarətin 23%-ni təşkil edəcəyi gözlənilir, bu da M-ticarətin yeni dünyanın marketinq münasibətlərini üstələyəcəyi fikrinə söykənir.

Artıq çox yaxın gələcəkdə musiqi qrupları CD yazmaları üçün prodüsserlərlə müqavilə bağlamaqdansa yeni musiqilərini MP3 formatında ödəniş yolu ilə telefon istifadəçilərinə çatdırmaq üçün M-ticarət firmaları ilə çalışacaqlar, hətta yazıçılar yeni əsərlərini kitab şəklində deyil, mobil telefonlarında oxunulması mümkün olan e-kitablar formasında yayacaqlar.

Gələcək daha “mobil” olacaq...

Bağlantı: http://www.marketinq.az/site/?name=inside&sid=13&sayId=4
© Copyright 2006, Tüm hakları Zeki Yüksekbilgili'ye aittir. Site ile ilgili istek ve önerileriniz için; webmaster@yuksekbilgili.com