Ana Sayfa
Kimim
Ne Yaparım
        Eğitim Takvimim
Makalelerim
Pazarlama Makale Arşivi
Basında Ben
Referanslar
İletişim
Eğitim Takvimi

Detaylı bilgi için tıklayın

 
Ana Sayfa İletişim Site Haritası

Şu anda buradasınız: Basında Ben - Satış Problemlərinin Internet Vasitəsilə Həlli

Satış Problemlərinin Internet Vasitəsilə Həlli

 

Müasir dövrdə yeni imkanlar açmaq üçün ən böyük vasitə internetdir. Bir iş adamı dünyanın istənilən nöqtəsindən internet vasitəsi ilə istehsalçı tapa və öz məhsullarını nümayiş etdirə bilər. İnternet, şirkətin bir-birindən mədəni, qanuni və sosial baxımdan fərqli və dünya səviyyəli bir çox potensial bazar əlaqəsini təmin edir.

Bu yeni bazar aşağıdakı 8 amillə şərtlənir:

1. Mədəni nümayəndə

İnternet vasitəsilə marketinq müxtəlif ölkələrin mədəni fərqlərini də (dil,rəng və s.) nəzərə almalıdır. Kampaniya məzmunu o bölgənin mədəni xüsusiyyətlərinə uyğun olaraq hazırlanmalıdır. Əks təqdirdə marketinq ismarıcının hədəfə çatması qeyri-mümkün olar.

2. Məxfilik

Bir çox istifadəçinin şəxsi gizlilik mövzusunda baxışları müxtəlif ola bilər. Buna görə internet vasitəsi ilə alış-veriş edərkən şəxsi gizlilik mütləq nəzərə alınmalıdır.

3. Etimad

Məhsuldar və etimadlı ticarət əlaqəsi qurmağın qarşısında duran ən böyük maneə partnyorların qarşılıqlı etimad məsələsidir. Şifrələmə yazıların inkişafı ilə etimad problemləri böyük ölçüdə həll olunub.

4. Beynəlxalq hüquq

İnternetin beynəlxalq xarakterinə görə, istehlakçının ölkəsindəki qanunlarla digər  ölkənin qanunları arasında fərq ola bilər. Odur ki, internet vasitəsi ilə marketinqdə hədəf qismində olan ölkənin qanunlarını öyrənmək lazımdır. Əks təqdirdə, internet vasitəsi ilə aparılan marketinqin gətirəcəyi bütün maddi gəlirlər hüquqa zidd addım kimi görülə bilər.

5. İntellektual mülkiyyət

İnternetin gətirdiyi ən böyük rahatlıq içindəkilərin çox rahat kopyalanması və təkrar istifadə oluna bilməsidir. Çox sadə yazıların belə kopyalanması qanunla qadağandır. Bu gün bir çox ölkə, birlikdə intelektual mülkiyyətin qoruna bilməsi üçün umumi qanunlar çıxartmağa çalışırlar.

6. Telekommunikasiya

İnkişaf etmiş ölkələrdə telekommunikasiya ilə bağlı çox sağlam bir bünövrə olmasına baxmayaraq, inkişaf etməkdə olan ölkələrdə kommunikasiya imkanları məhdud və çox bahalıdır. Marketinq kampaniyası hazırlanarkən bu cür əksikliklərin nəzərə alınması vacibdir.

7. Şəxsi kompüter tapma imkanı

Eyni şəkildə inkişaf etməkdə olan və az inkişaf etmiş ölkələrdə şəxsi kompüter tapma imkanı və internet istifadəsi çox baha qiymətlərlə başa gələ bilər. Belə hallarda internet ilə sadəcə, ticari, sənaye və elmi potensiallı istifadəçilərlə əlaqə saxlamaq olar. Belə ölkələrdə internet kanalı ilə ticarətlə məşğul olan firmalar məzmun, qiymət və məhsullarını məhdud istifadəçi profilinə görə sıralamalıdır.

8. Kredit kartından istifadə

Bir çox ölkələrdə kredit kartından istifadə geniş yayılsa da məşhurluq baxımından daha çox yayılmış ödəmə üsulunun olduğunu demək olmaz. İnternet vasitəsi ilə marketinq edən şirkət hədəf seçilmiş ölkədəki kredit kartının istifadə qaydalarını araşdırmalı və lazım olduğunda başqa ödəmə üsullarını tapmalıdır. 

İnternet bütün şirkətlərə, xüsusilə KOS-lara yeni bazar və ucuz marketinq imkanları təklif etməkdədir. Lakin bu kanalı istifadə edərkən, kanalın irəli sürdüyü lazımi xəbərdarlıqları güdməyən müəssisələrin və marketinq departamentlərinin müvəffəq olma şansı yoxdur.

Bağlantı:http://www.marketinq.az/site/?name=inside&sid=13&id=211&sayId=3

 

© Copyright 2006, Tüm hakları Zeki Yüksekbilgili'ye aittir. Site ile ilgili istek ve önerileriniz için; webmaster@yuksekbilgili.com