|
əgər
düşünürsünüzsə, böyük düşünün.
Donald Trump
Bütün şirkətlər məhsul və xidmətləri ilə marka yaratmaq və
onu uğurlu markaya çevirmək üçün üçün çalışırlar. Onlar
bunun üçün şəxslər və şəxslərarası fərqi inkişaf etdirib, şəxsi
xüsusiyyətlərini gücləndirirlər.
Şəxsi markalaşma, aktiv olaraq ictimai rəyi formalaşdıran
cazibə sənəti kimi qiymətləndirilir. İctimai rəydə
haqqınızda formalaşan hər hansı bir fikrə nəzarət etməyiniz
mümkündür. Bu yolla siz özünüz haqqında təkrarolunmaz bir
marka yarada və bunu tanıda bilərsiniz.
Şəxsi marka yaratmaq üçün məşhur olmağınız vacib deyil. Əsas
odur ki, özünəməxsus cəhətləriniz və xarakterinizin əsas
elementlərini ortaya çıxara bilin. Beləcə şəxsi marka olmaq
mümkündür.
Şəxsi marka yaratmaq, zəhmətli və uzun işdir, ancaq sonunda
qazanılan uğurlar bu zəhməti əvəzləyəcək.
Sizi tanıyanların haqqınızdakı fikirlərini rahatlıqla
istiqamətləndirə bilərsiniz. Bunun üçün güclü tərəflərinizi,
dəyərlərinizi, hədəflərinizi və xarakterinizi açıq şəkildə
ortaya qoymalısınız. Əgər bunu mütəmadi və tutarlı formada
etsəniz “Şəxsi markanız” yəni “Siz” formalaşacaqsınız.
Şəxsi marka yaratmaqla nələr qazana bilərsiniz?
-
Gəliriniz artar.
-
Başqalarının diqqət mərkəzində
olarsınız.
-
Rəqiblərinizdən
fərqli olarsınız.
-
Yüksək səviyyədə maraqlı
olan şəxslərlə təmas qura bilərsiniz.
-
Yeni iş sahələrində
fəaliyyət göstrərməyiniz asanlaşar.
-
İşi və insanları
seçmə azadlığına qovuşarsınız.
-
Sizə olan tələbi
artıra bilərsiniz.
-
Özünüzə olan
inamınız artar.
-
Sizdən istənənlərin
qarşılığında yüksək maddi dəyər istəmə haqqınız olar.
-
Şəxsi və
professional məqsədlərinizə nail olarsınız.
-
Dəyərlərinizi
xarici dünyaya yaya bilərsiniz.
-
Çətinlikləri
asanlıqla dəf edə bilərsiniz.
Şəxsi markalaşmanın 7 yolu var:
1.
İxtisaslaşma
Mükəmməl şəxsi marka əvəzsiz və
yalnız bir sahəyə istiqamətlənməlidir. Həmin sahədə çox məlumatlı,
güclü və bacarıqlı olmalısınız. Bacarıq anadangəlmə bir məziyyət
sayılsa da, bilik və təcrübə sonradan qazanılır.
2.
Liderlik
əgər təcrübə qazandığınız sahədə lider olaraq qəbul olunmağa
başlamısınızsa, onda marka olmaq yolunda böyük addım
atmısınız. Liderlik meydanı sizə mükəmməllik, mövqe və eyni
zamanda məşhurluq gətirəcək.
3.Şəxsilik
Şəxsi marka şəxsin, yəni sizin üzərinizdə qurulur. Mükəmməl
olmaq ucun şəxsiyyətinizdən kənara çıxmağa ehtiyac yoxdur.
Həmişə olduğunuz kimi görünməyə çalışın.
4. Fərqlilik
Güclü şəxsi marka rəqibləri ilə
müqayisədə fərqliliklərlə təqdim olunmalıdır. Özünəməxsus fərqliliklərinizi
daha qabarıq şəkildə çatdırmağa çalışın. Ortaya qoyacağınız
fərqliliklər markanızın digərləri tərəfindən dərk edilməsi
üçün ən önəmli vasitə olacaq.
5.Görünüş
Daim diqqət mərkəzində olduğunuz üçün xarici görünüşünüzün
cəlbedici olmasına diqqət yetirməlisiniz. Ancaq bu halda digərlərinin
fikrində istədiyiniz yerə çata bilərsiniz. İnsanların diqqətini
cəlb etmək üçün daha çox vaxt və pul xərcləməkdən çəkinməyin.
6.Birlik
Yaradacağınız şəxsi marka imici
tamamilə xarakteriniz, düşüncələriniz, hərəkətləriniz,
geyiminiz və tərzinizlə dəstəklənməlidir.
7.Davamlılıq
Şəxsi markanızınn yaranması uzun sürə bilər. Həddən artıq
reklam və hüquq münasibətləri ilə bu vaxtı qısalda bilərsiniz,
amma çox az vaxta endirə bilməzsiniz. Şəxsi markanın
yaradılması illərlə uzana bilər. Bunu da nəzərə alın.
Kaynak:
http://www.marketinq.az/site/?name=inside&sid=13&id=210&sayId=3 |