|
Təxminən
10 il əvvələ qədər firmaların əksəriyyətinin satışlarının 90
faizindən çoxu lokal satışlardan ibarət idi. Ardınca, dünya
kiçik bir kəndə oxşadı, bütün firmalar dünyanın daxil olduğu
qlobal bazara addım atdılar. Təbii ki, bu nəhəng, qlobal bazar
çoxlu müştəri demək idi. Hətta, “e-ticarət” kimi terminlər də bu
bazarın içində özünə yer tapdı. Hamılıqla belə şeylərə laqeyd
qala bilmədik, oturub öz saytlarımızı hazırladıq. Artıq bütün
müştərilər, bu nəhəng bazarın hər yerindən, firmamızı tanıya,
bizə sifarişlər göndərə bilərdi. Ancaq yenə olmadı. Bu səfər də
həmin qlobal bazara uyğun qlobal saytlar ortaya çıxdı. Axı niyə
qlobal saytlara ehtiyac duyaq ki?
Araşdırmalar göstərir ki, internet
istifadəçiləri, öz ana dillərindəki saytlara üstünlük verirlər.
Baxın, lokal dillərdəki saytlarla
nələr qazanmaq mümkündür?
Lokal dildəki bir sayt
satış vasitələri arasında ən ucuz və ən effektli yoldur. Ticarət
insanlarla, e-ticarət isə məzmunla satar. Məzmunu düzgün
hazırlanmış, bilgi verən bir sayt satış vasitələrinin əksəriyyətindən
effektlidir. Üstəlik nə yatar, nə də istirahətə çıxar. Qlobal
bazardakı hamıya 7 gün 24 saat, fasiləsiz, öz dillərində sizdən
danışar.
Lokal sayt satış işçilərinin
maliyyə xərclərini də azaldacaq. Çox geniş və fərqli bazarlarda
bizneslə məşğul olursunuzsa, deməli çox fərqli dillərlə də məşğul
olmalısınız. Bu o deməkdir ki, məhsul və xidmətinizi satmaq istədiyiniz
hər şəxs üçün, o dili bilən bir satıcını işə götürməlisiniz.
Üstəlik, müştərilərin çoxu təkcə axtardıqları məhsul və xidmətin
sizdə olub-olmadığını öyrənmək üçün sizə müraciət edəcəklər.
Halbuki, lokal dillərdə hazırlanmış sayt sizi bu şəxslərin hər
biri ilə əlaqə qurmaq üçün ayrı bir satıcını işəgötürmə əziyyətindən
də xilas edəcək.
Lokal sayt sizə lokal
həyat imkanı bəxş edəcək. İnternet axtarış motorlarının əksəriyyəti
lokal dil məzmunlu saytlara üstünlük verirlər. “Google.co.jp”
saytında axtarış aparan yaponiyalı potensial müştərinizin
yaponca olmayan saytınızdan sizi tapma ehtimalı sıfırdır.
İngiliscə axtarış keçirsə ən yaxşı ehtimalla, ilk yüz min saytın
arasında görünə bilərsiniz. Halbuki, saytınızı yaponca da
hazırlatdırsanız, yapon axtarış motorları sizi ilk sıralarda
göstərə bilər. Lokal “marka ayırdetmə hissi” yaratmaq üçün
bundan ucuz metod daha nə ola bilər ki?!
Qlobal məzmunlu sayt yeni iş
imkanlarının yaranmasında da bir açardır. Bunu başa düşənlər və
istifadə edənlər inkişaf edəcək, digərləri isə yoxluğa sürüklənəcəklər.
Bağlantı:
http://www.marketinq.az/site/?name=inside&sid=13&id=118&sayId=2

|